23/09/2018

"Sumqayıt" FK səfərdə "Keşlə"ni məğlub edib


"Keşlə" - "Sumqayıt" 1:2
23 sentyabr 2018. Saat 18:30. “ASK Arena”, 400 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Elman Musayev
Dördüncü hakim: Rəhim Həsənov
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Ebrima Sohna, 41 (qeyri-idman hərəkəti); Andre Klennon, 51 (qeyri-idman hərəkəti), 90+2 (qeyri-idman hərəkəti); Nikola Mitroviç, 68 (hakim qərarına etiraz); Denis Silva, 80 (qeyri-idman hərəkəti) // Əli Babayev, 41 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 80 (qeyri-idman hərəkəti); Süleyman Əhmədov, 81 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Andre Klennon, 90+2
Qollar: Slavik Alxasov, 44 // Cavid Tağıyev, 47; Əfran İsmayılov, 67
Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 4 dəq.

“Keşlə”
1. Kamran Ağayev (k)
2. Sertan Taşkın
3. Denis Silva
4. Slavik Alxasov
7. Vaqif Cavadov
(17. Samir Məsimov, 61)
14. Andre Klennon
19. Azər Salahlı
22. Nikola Mitroviç
33. Tərlan Quliyev
90. Ebrima Sohna
(21. Herve Tçami, 61)
93. Edvinas Girdvainis
(11. Bahodir Nasimov, 71)

Ehtiyat oyunçular:
30. Davud Kərimi
9. Amil Yunanov
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
65. Cabir Əmirli
66. Murad Qayalı
88. Məmməd Quliyev

Baş məşqçi: Mladen Milinkoviç

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov (k)
(3. Vurğun Hüseynov, 72)
4. Şəhriyar Əliyev
7. Cavid Tağıyev
10. Aleksey İsayev
11. Atilla Yıldırım
14. Bəxtiyar Həsənalızadə
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
(17. Nicat Qurbanov, 87)
41. Turan Manafov
(18. Süleyman Əhmədov, 63)
99. Əli Babayev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev

Baş məşqçi: Nazim Süleymanov

Topaz Premyer Liqasında 5-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Keşlə" ilə qarşılaşıb. Nazim Süleymanovun yetirmələri ilk hissənin sonunda hesabda geri düşsə də, ikinci hissədə rəqib qapısından 2 top keçirərək 2:1 hesablı qələbə qazanıb.

Nazim Süleymanov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Qələbə çox yaxşıdı. Hərçənd, ilk hissədə məğlub durumda idik, ancaq ikinci hissədə toparlanmağımız komandanın əzmkarlığını göstərir. "Keşlə"nin qapısında daha çox qol epizodu oldu. Futbolun meyvəsi qoldursa, bu, çatmırdı. Futbolçularımızı əzmkarlığa görə təbrik etmək istəyirəm. Hələ oyunlar qabaqdadı. Daha yaxşı çalışmalı, irəli baxmalıyıq. Nəticə 90 dəqiqədə olur. Meydanda özünü idarə etsən, daha yaxşı oynayacaqsan. Hər bir baş məşqçi istəyər ki, millidə çox futbolçusu olsun. Nə qədər çox futbolçun millidə olsa, bir o qədər yaxşıdı".