02/09/2018

"Sumqayıt" FK yoxlama oyununda "Sabah"ı məğlub edib


Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaramış fasilədən istifadə edən "Sumqayıt" FK yoxlama oyunu keçirib. Komandamız "Əlincə Arena"da "Sabah"la qarşılaşıb. İlk hissəni minimal hesablı məğlubiyyətlə başa vuran Nazim Süleymanovun yetirmələri 2-ci hissədə Nicat Qurbanovun qolu və Atilla Yıldırımın zərbəsindən sonra rəqibin futbolçusuna dəyərək tora daxil olan topla matçı 2:1 hesablı qələbə ilə başa vurublar.

"Sumqayıt" - "Sabah" 2:1
Qollar:
Nicat Qurbanov, 80; Filip İvanoviç, 84 (ö.q.)

"Sumqayıt" FK meydana bu start 11-liyi ilə çıxıb:
1. Mehdi Cənnətov
4. Şəhriyar Əliyev
11. Atilla Yıldırım
18. Süleyman Əhmədov
22. Əfran İsmayılov (k)
23. Fərid Kərimzadə
39. Tural Bayramlı
41. Turan Manafov
44. Qvanzav Maqomedov
77. Murad Xaçayev
97. Xəyal Nəcəfov

İkinci hissədə meydana daxil olanlar:
15. Orxan Sadıqlı
7. Cavid Tağıyev
10. Aleksey İsayev
17. Nicat Qurbanov
21. Arif Daşdəmirov
60. Elvin Məmmədov
98. Əli Əliyev