05/03/2012

“Sumqayıt” AZAL-la oyunun hazırlığını davam etdirir


Premyer Liqanın XIX turu çərçivəsində səfərdə AZAL-la qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını “Dalğa Arena”da davam etdirir. “Xəzər Lənkəran”la keçirlimiş oyunda zədələnən kapitan Samir Abasov son məşqdə iştirak etməyib. Onun AZAL-la görüşdə iştirak etməyəcəyi artıq dəqiqləşib. Slavik Alxasov və Şamil Cəmaləddinov da zədəli olduğu üçün hazırlıq prosesində iştirak etməyib. Zədə səbəbindən “Xəzər Lənkəran”la görüşdə iştirak etməyən Yasin Abbasov isə artıq komanda ilə birlikdə məşq edir.