28/08/2018

Əvəzedicilərimiz "Keşlə" üzərində inamlı qələbə qazanıb


I Divizionda 2-ci turun oyunları keçirilib. "Sumqayıt" FK-nın əvəzediciləri səfərdə "Keşlə" ilə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, 2 turdan sonra maksimum nəticə göstərən əvəzedicilərimiz 2-ci pillədə qərarlaşıb. Komandamız növbəti turda 14 sentyabr tarixində "Səbail"i qəbul edəcək.

"Keşlə-2" - "Sumqayıt-2" 1:2
Qollar:
Murad Qayalı, 88 // Fərid Kərimzadə, 44; Elvin Nəsibov, 65.