27/08/2018

Bəxtiyar Həsənalızadə milli komandaya dəvət alıb


UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo, sentyabrın 10-da isə səfərdə Malta yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. "Sumqayıt" FK-nın müdafiəçisi Bəxtiyar Həsənalızadə avqustun 28-dən etibarən yuxarıda qeyd olunmuş oyunlar üçün nəzərdə tutulan təlim-məşq toplanışına dəvət alıb.