25/08/2018

"Sumqayıt" FK səfərdə "Qəbələ" ilə heç-heçə edib


"Qəbələ" - "Sumqayıt" 1:1
25 avqust 2018. Saat 18:00. Qəbələ şəhər stadionu, 300 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Cavanşir Yusifov
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Vüsal Əliyev
Sarı vərəqələr: Təmkin Xəlilzadə, 90+1 (oyunun bərpasını ləngitdiyinə görə) // Nicat Qurbanov, 33 (qeyri-idman hərəkəti), 77 (qeyri-idman hərəkəti); Rail Məlikov, 42 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 45+1 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Nicat Qurbanov, 77
Qollar: Təmkin Xəlilzadə, 43 (p.) // Yusif Nəbiyev, 90+3
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
5. Rasim Ramaldanov
(11. Asif Məmmədov, 80)
8. Qismət Alıyev
10. Rauf Əliyev
17. Ceyms Adeniyi
(21. Lalavele Atakora, 72)
18. İlqar Qurbanov
28. Stiven Monroz
33. Təmkin Xəlilzadə
34. Urfan Abbasov (k)
88. Sabien Lilay

Ehtiyat oyunçular:
23. Aqil Məmmədov
35. Murad Popov
4. Elvin Camalov
7. Roman Hüseynov
26. Faiq Hacıyev
27. Bəhlul Mustafazadə
32. Amin Seydiyev
99. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov (k)
(70. Ülvi İsgəndərov, 85)
4. Şəhriyar Əliyev
7. Cavid Tağıyev
(11. Atilla Yıldırım, 46)
10. Aleksey İsayev
14. Bəxtiyar Həsənalızadə
17. Nicat Qurbanov
21. Arif Daşdəmirov
60. Elvin Məmmədov
(97. Xəyal Nəcəfov, 70)
74. Yusif Nəbiyev
99. Əli Babayev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
3. Vurğun Hüseynov
18. Süleyman Əhmədov
44. Qvanzav Maqomedov
77. Murad Xaçayev


Baş məşqçi: Nazim Süleymanov

Topaz Premyer Liqasında 3-cü turun görüşlərinə start verilib. "Sumqayıt" FK səfərdə "Qəbələ" ilə qarşılaşıb. Nazim Süleymanovun yetirmələri meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.

Nazim Süleymanov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Maraqlı oyun izlədik. Baxmayaraq ki, qapımıza təmiz penalti təyin edildi və rəqib hesabda önə keçdi, futbolçularıma təşəkkür edirəm ki, azlıqda qalsaq da, mübariz ruh nümayiş etdirdilər və son dəqiqələrdə bərabərlik qolunu vura bildilər".