24/08/2018

"Qəbələ" – “Sumqayıt” qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək


Topaz Premyer Liqasında 3-cü turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Qəbələ" – “Sumqayıt” qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək. Nahid Əliyev və Cavanşir Yusifov yan xətlərdə Həmzəzadəyə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə İnqilab Məmmədov olacaq. Qeyd edək ki, "Qəbələ" – “Sumqayıt” qarşılaşması 25 avqust saat 18:00-da Qəbələ Şəhər stadionunda baş tutacaq. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

25 avqust (şənbə)

“Qəbələ” – “Sumqayıt”
Hakimlər:
Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu, 18:00