24/08/2018

Əvəzedicilərimiz I Diviziona qələbə ilə start verdi


I Divizionda 2018/2019 mövsümünə start verilib. “Sumqayıt” FK-nın əvəzediciləri “AZAL Arena”da “Şüvəlan”la qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 4:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, komandamız növbəti turda səfərdə “Keşlə”nin əvəzediciləri ilə qarşılaşacaq. Həmin qarşılaşma 28 avqust tarixində keçiriləcək.

“Şüvəlan” – “Sumqayıt-2” 0:4
Qollar:
Fərid Kərimzadə, 20; Əli Əliyev, 31; Elvin Nəsibov, 60; Tural Bayramlı, 71.