20/08/2018

Nicat Qurbanov “Sumqayıt” FK-nın 100-cü səfər qolunun müəllifi olub


Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilən “Sabah” – “Sumqayıt” (1:4) qarşılaşması komandamız üçün əlamətdar olub. Belə ki, matçın 19-cu dəqiqəsində Nicat Qurbanovun rəqib qapısından keçirdiyi top “Sumqayıt” FK-nın 100-cü səfər qolu kimi tarixə düşüb. Bundan başqa komandamız Azərbaycan çempionatları tarixində 5-ci böyükhesablı qələbəsini qazanıb (pfl.az)