18/08/2018

"Sumqayıt" FK "Sabah" üzərində böyükhesablı qələbə qazanıb


"Sabah" - "Sumqayıt" 1:4
19 avqust 2018. Saat 20:30. “Əlincə Arena”, 500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Zeynal Zeynalov
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Vitali Kvaşuk, 20 (qeyri-idman hərəkəti); Marko Deviç, 90+5 (qeyri-idman hərəkəti)
Qollar: Marko Deviç, 10 // Nicat Qurbanov, 19; Elvin Məmmədov, 34 (p.); Şəhriyar Əliyev, 43; Ülvi İsgəndərov, 85
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Sabah”
30. Saşa Stamenkoviç
5. Kərim Diniyev (k)
33. Eltun Turabov
(13. Filip İvanoviç, 65)
25. Vanderson Silva
19. Məqsəd İsayev
15. Erik Ramos
6. Vadim Abdullayev
(11. Elgün Nəbiyev, 46)
8. Elşən Abdullayev
(10. Cavid İmamverdiyev, 46)
7. Vitali Kvaşuk
27. Bəxtiyar Soltanov
9. Marko Deviç

Ehtiyat oyunçular:
1. Tərlan Əhmədli
3. Elvin Bədəlov
2. Ülvi İbazadə
4. Tərzin Cahangirov
14. Tural Qürbətov
39. Əlibəy Məmmədli
88. Elçin Əsədov
21. Novruz Məmmədov

Baş məşqçi: Elşad Əhmədov

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov (k)
4. Şəhriyar Əliyev
7. Cavid Tağıyev
(97. Xəyal Nəcəfov, 90+2)
10. Aleksey İsayev
14. Bəxtiyar Həsənalızadə
17. Nicat Qurbanov
(70. Ülvi İsgəndərov, 75)
21. Arif Daşdəmirov
60. Elvin Məmmədov
(77. Murad Xaçayev, 82)
74. Yusif Nəbiyev
99. Əli Babayev

Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
36. Süleyman Süleymanov
18. Süleyman Əhmədov
39. Tural Bayramlı
41. Turan Manafov
44. Qvanzav Maqomedov

Baş məşqçi: Nazim Süleymanov

Topaz Premyer Liqasında 2-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu turda "Sabah"ın qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız 4:1 hesablı qələbə qazanıb.

Nazim Süleymanov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Qələbə olan yerdə əhval ruhiyyə də yaxşı olur. Bu əhvalı da futbolçular yaratdı. Futbolçularımız istəyimizi lazımınca yerinə yetirdilər. Bütün komandamı və futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bundan da yaxşı çıxış edə bilərlər. Hələ ikinci turdur. Eyforiyaya düşmək lazım deyil. Futbolçular bilməlidirlər ki, bu, bizim işimizdir. Çalışmalıyıq ki, qələbələri əldən verməyək. Sadəcə, qələbə hisslərini yaşamaq, sonra isə gələcək oyunları düşünmək lazımdır.