17/08/2018

"Sumqayıt" FK Orxan Sadıqlını heyətinə cəlb edib


2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçunu heyətinə cəlb edib. Belə ki, son mövsümü "Keşlə"də çıxış etmiş Orxan Sadıqlı icarə əsasında komandamızda çıxış edəcək. Qolkiper 15 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" və "Keşlə"nin şərəfini qorumuş Orxan Sadıqlı Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.