17/08/2018

“Sabah” – “Sumqayıt” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 2-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sabah" – “Sumqayıt” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Zeynal Zeynalov yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov yerinə yetirəcək. Qeyd edək ki, "Sabah" – “Sumqayıt” qarşılaşması 19 avqust saat 20:30-da “Əlincə Arena”da baş tutacaq. Matç CBC Sport telekanalı ilə canlı yayımlanancaq.

19 avqust (bazar)

“Sabah” – “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
“Əlincə Arena”, 20:30