15/08/2018

"Sumqayıt" FK "Sabah"la oyunun hazırlıqlarını davam etdirir


Premyer Liqanın 2-ci turu çərçivəsində “Sabah”la qarşılaşacaq olan “Sumqayıt” Futbol Klubu hazırlıqlarını davam etdirir. Nazim Süleymanovun yetirmələri bu gün Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda növbəti məşqinə çıxıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” FK hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, “Sabah” – “Sumqayıt” qarşılaşması 19 avqust, saat 20:30-da “Əlincə Arena”da keçiriləcək. Matç “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.