11/08/2018

"Sumqayıt" FK ilk turda "Neftçi" ilə qarşılaşıb


"Sumqayıt" - "Neftçi" 0:2
11 avqust 2018. Saat 20:00. “Dalğa Arena”, 800 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Rahil Ramazanov
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Süleyman Əhmədov, 36 (rəqibi tutduğuna görə); Vurğun Hüseynov, 56 (qeyri-idman hərəkəti), 67 (qeyri-idman hərəkəti) // Məhəmməd Mirzəbəyov, 62 (rəqibi tutduğuna görə); Anton Krivotsyuk, 88 (rəqibi tutduğuna görə)
Qırmızı vərəqə: Vurğun Hüseynov, 67
Qollar: Mirabdulla Abbasov, 27; Emin Mahmudov, 71
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
7. Cavid Tağıyev
(60. Elvin Məmmədov, 70)
10. Aleksey İsayev
14. Bəxtiyar Həsənalızadə
18. Süleyman Əhmədov
(21. Arif Daşdəmirov, 58)
22. Əfran İsmayılov
70. Ülvi İsgəndərov
(77. Murad Xaçayev, 46)
74. Yusif Nəbiyev
99. Əli Babayev

Ehtiyat oyunçular:
36. Süleyman Süleymanov
4. Şəhriyar Əliyev
17. Nicat Qurbanov
41. Turan Manafov
44. Qvanzav Maqomedov
97. Xəyal Nəcəfov

Baş məşqçi: Nazim Süleymanov

“Neftçi”
1. Səlahət Ağayev
18. Tural Axundov
21. Məhəmməd Mirzəbəyov
28. Slavko Braliç
5. Anton Krivotsyuk
8. Emin Mahmudov (k)
4. Rəşad Eyubov
(26. Ömər Buludov, 50)
10. Dario Federiko
9. Baqali Dabo
97. Soni Mustivar
(6. Qoran Paratski, 46)
22. Mirabdulla Abbasov
(11. Kvame Karikari, 88)

Ehtiyat oyunçular:
94. Rəşad Əzizli
12. Kamran İbrahimov
77. Elvin Sərkərov
95. Rəhman Daşdəmirov
17. Rəhman Hacıyev
7. Namiq Ələsgərov
37. Vüsal Əsgərov

Baş məşqçi: Roberto Bordin

Bu gün Topaz Premyer Liqasına start verilib. "Sumqayıt" FK ilk turda "Dalğa Arena"da "Neftçi"ni qəbul edib. Komandamız 0:2 hesabı ilə məğlub olub.

Nazim Süleymanov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Təəssüflər olsun ki, azarkeşlərimizi sevindirə bilmədik. Buna rəğmən irəli baxmaq lazımdı. Komanda pis təsir bağışlamadı. İlk hissədə qol epizodlarımız oldu. Futbol səhvlərdən ibarətdir. Biz də səhv etdik və hesabda geri düşdük. Rəqibə yaxın oynamaq lazım idi. İkinci qolda epizodunda da səhv etdik. Təcrübəli oyunçular belə səhv etməməlidir. İlk oyun idi. Həyəcan var idi. Çempionat yeni başlayıb. İrəli baxmaq lazımdır”.