10/08/2018

"Kapital Bank Arena"da təmir işləri davam edir


"Kapital Bank Arena"da təmir işləri davam edir. Əsas meydançanın suvarma sistemi tam hazır vəziyyətə gətirilib. Yaxın günlərdə arenaya qum səpilməsinə start veriləcək. Arxa hissədə nəzərdə tutulan təbii örtüklü stadionda da eyni proseslər yerinə yetiriləcək, süni örtüklü yardımçı meydançanın isə asfalt qatı döşənilib, suvarma sistemi quraşdırılıb.