10/08/2018

Əvəzedicilərimiz ilk turda “Şüvəlan”la qarşılaşacaq


Bu gün AFFA-nın inzibati binasında 2018/2019 mövsümü üçün I Divizionun püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən, “Sumqayıt” FK-nın əvəzediciləri mövsümün ilk qarşılaşmasını səfərdə “Şüvəlan”a qarşı keçirəcək. 1-ci turun oyunları 23-24 avqust tarixində keçiriləcək.