10/08/2018

"Sumqayıt" - "Neftçi" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək


Topaz Premyer Liqasında 1-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Neftçi" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək. Mübariz Haşımov və Rahil Ramazanov yan xətlərdə Cabbarova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə İnqilab Məmmədov olacaq. Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı 11 avqust, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

11 avqust (şənbə)

“Sumqayıt” – “Neftçi”
Hakimlər:
Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“Dalğa Arena”, 20:00