08/08/2018

“Azərikimya” İB-nin Baş direktoru təmir işləri ilə əlaqədar “Kapital Bank Arena”da olub


Bu gün “Azərikimya” İB-nin Baş direktoru İmran Arzumanzadə “Kapital Bank Arena”ya gələrək stadion ərazisində gedən yenidənqurma işləri ilə maraqlanıb. Təmir-tikinti işlərini həyata keçirən şirkətlərin rəhbərləri ilə görüşən Baş direktor onlara prosesin plan üzrə tamamlanması yönündə tövsiyə və tapşırıqlarını verib. Daha sonra isə “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev və Müşahidə Şurasının üzvləri ilə birlikdə Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda komandanın axşam məşqini izləyən Arzumanzadə baş məşqçi Nazim Süleymanov və futbolçu heyəti ilə görüşərək onlara 2018/2019 futbol mövsümünün startı ilə əlaqədar uğurlar arzulayıb.