03/08/2018

“Sumqayıt” FK “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir


Topaz Premyer Liqasının 1-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlıqlarını davam etdirir. Komandamız bu gün saat 10:00-da Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda növbəti məşqini keçirib. Yüngül zədəsi olan Əfran İsmayılov məşqdə iştirak etməyib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub..

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 11 avqust tarixində keçiriləcək.