01/08/2018

“Sumqayıt” FK Sumqayıtda məşqlərə start verdi


“Sumqayıt” Futbol Klubu 2018/2019 futbol mövsümünün 1-ci turu üçün hazırlıqlara start verib. Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 2 gün müddətinə istirahətə buraxılmış komandamız bu gün saat 18:15-də Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda məşqə çıxıb. Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib.

Qeyd edək ki, “Sumqayıt” FK çempionatın startınadək gündə bir dəfə olmaqla, Sumqayıt şəhərində məşqlərini davam etdirəcək.