31/07/2018

Əvəzedicilərimiz yoxlama oyununda “Qarabağ”ı məğlub edib


2018/2019 mövsümünə hazırlıqlarını davam etdirən “Sumqayıt” FK-nın əvəzediciləri növbəti yoxlama oyununu keçirib. Elbrus Məmmədovun yetirmələri bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız 3:1 hesablı qələbə qazanıb. “Sumqayıt” FK-nın qollarını Elvin Nəsibov, Elvin Dəmirov və Famin Əliyev rəqib qapısından keçiriblər.