29/07/2018

"Sumqayıt" FK Türkiyədə son məşqini keçirdi


2018/2018 futbol mövsümünə Türkiyədə hazırlaşan "Sumqayıt" Futbol Klubu bu gün Boluda son məşqinə çıxıb. Səhər saatlarında start götürən hazırlıq prosesi zamanı komandamız daha çox toplu çalışmalara üstünlük verib. Ardınca iki tərəfli oyunla məşqə yekun vurulub.
Qeyd edək ki, komandamız axşam saatlarında Azərbaycana yola düşəcək.