28/07/2018

“Sumqayıt” FK son yoxlama oyununda “Giresunspor”u məğlub edib


2018/2019 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxıb. Komandamız bu gün Türkiyə təmsilçisi "Giresunspor"la üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda baş tutan oyunda "Sumqayıt" FK minimal hesabla qələbə qazanıb. Qarşılaşmada yeganə qolu 36-cı dəqiqədə Süleyman Əhmədov vurub.

Bununla da, "Sumqayıt" Futbol Klubu Bolu toplanışını başa vurub. Komandamız səhər saatlarında vətənə yola düşəcək.