28/07/2018

Əvəzedicilərimiz U-17 milli komanda ilə yoxlama oyunu keçirib


Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" FK-nın əvəzediciləri növbəti yoxlama oyununu keçirib. Elbrus Məmmədovun yetirmələri Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında 17 yaşadək futbolçulardan ibarət milli komanda ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızın qollarını Nazim Bağırov və Məhərrəm Həsənov rəqib qapısından keçirib.

Qeyd edək ki, əvəzedicilərimiz öncəki yoxlama görüşündə “Keşlə”nin əvəzedicilərinə 2:5 hesabı ilə məğlub olmuşdu.