28/07/2018

"Sumqayıt" FK Boluda son yoxlama görüşünü "Giresunspor"a qarşı keçirəcək


2018/2019 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxacaq. Komandamız bu gün Türkiyə 1. Liqası təmsilçisi "Giresunspor"la üz-üzə gələcək. Qarşılaşma Topuk Yaylası İdman Kompleksinin stadionunda yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00) start götürəcək.