26/07/2018

"Sumqayıt" FK Boluda təlim-məşq toplanışını davam etdirir


“Sumqayıt” Futbol Klubu Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirir. Nazim Süleymanovun yetirmələri bu gün qonşu ölkədə səhər məşqini artıq başa vurub. Səhər saat 11:00-da start götürən hazırlıq prosesində komanda müxtəlif toplu çalışmalar və taktiki gedişlər üzərində çalışıb. Ardından "Sumqayıt" FK qruplara bölünərək tenisbol oyunu ilə məşqi tamamlayıb.