27/08/2011

U-17 qələbə qazanıb


Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Qazaxstanın U-17 yığması ilə qarşılaşan futbolçularımız rəqibini 4:0 hesabı ilə məğlub edib. Bu oyunda da “Sumqayıt Şəhər”in 4 futbolçusu – Orxan Əliyev, Ruslan Nəsirli, David Qarayev və Şamil Camaləddinov forma geyinib.