20/07/2018

"Sumqayıt" FK Boluda 5-ci gündə fitness zalında çalışdı


Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Futbol Klubu 5-ci günə fitness məşqi ilə start verib. Komandamız səhər saatlarında “Koru” otelinin idman zalında hazırlaşıb. Təxminən 1 saat davam edən çalışma müxtəlif hərəkətlərlə başa çatıb.

Qeyd edək ki, "Sumqayıt" FK Bolu toplanışının 5-ci gününü axşam məşqi ilə yekunlaşdıracaq.