19/07/2018

“Sumqayıt” FK ilk yoxlama görüşündə “Əl-Şəhaniyə” ilə qarşılaşacaq


2018/2019 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçına çıxacaq. Nazim Süleymanovun rəhbərlik etdiyi komanda bu gün Qətər təmsilçisi "Əl-Şəhaniyə" ilə üz-üzə gələcək. Qarşılaşma Kızılcahamamda yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.