19/07/2018

Əvəzedicilərimiz ilk yoxlama görüşündə “Tufan”a qalib gəlib


Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK-nın əvəzedici heyəti ilk yoxlama görüşündə qüvvəsini sınayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Region Liqası təmsilçisi “Tufan”ı qəbul edən Elbrus Məmmədovun yetirmələri rəqibini 5 cavabsız qolla məğlub edib. Qeyd edək ki, komandamız növbəti yoxlama oyununu 21 iyul tarixində “Səbail”ə qarşı keçirəcək.

“Sumqayıt” – “Tufan” 5:0
Qollar:
Nazim Bağırov (2), Ruslan Süleymanov, Kənan Allahverdiyev, İbrahim Novruzov.