17/07/2018

"Sumqayıt" FK Türkiyədə təlim-məşq toplanışını davam etdirir


Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu bu günü iki məşq əsnasında başa vuracaq. Nazim Süleymanovun yetirmələri yerli vaxtla saat 9:30-da səhər məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən komandamız bəzi taktiki gedişlər üzərində də işləyib. Qeyd edək ki, "Sumqayıt" FK-nın axşam məşqi yerli saatla 17:00-da olacaq.