01/03/2012

“Sumqayıt” hazırlığını davam etdirir


Premyer Liqanın XXII turu çərçivəsində doğma azarkeşləri qarşısında “Xəzər Lənkəran”ı qəbul edəcək “Sumqayıt” Futbol Klubu hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Bir müddət əvvəl zədələnən Yasin Abbasov, Timur İsrafilov və Ramil Həşimzadə artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Son məşqdə zədələnən Slavik Alxasov isə bugünki hazırlıq prosesində iştirak etməyib.

Qeyd edək ki, A milliyə çağırılan 3 futbolçu – Andriy Popoviç, Bədavi Hüseynov və Hacı Əhmədov sabahdan etibarən məşqlərə qoşulacaq.