01/03/2012

U-16 komandamız qələbə qazanıb, U-17 və U-15 isə məğlub olub


U-16 Liqasında XVI turun oyunları keçirilib. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda “Gənclik”lə qarşılaşan “Sumqayıt”ın 16 yaşadək futbolçulardan ibarət komandası 2:1 hesabı ilə qələbə qazanıb. Bayram Nuruzadə dubl edib.

“Sumqayıt”ın 17 yaşadək futbolçulardan ibarət komandası isə “Azercell U-17 Liqa”sının XV turu çərçivəsində “Neftçi İSM”i qəbul edib və oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Yeganə qolu Şəmsi Əlisoylu vurub.

“Kapital Bank U-15 Liqa”sında isə XIV turun oyunları keçirilib. Səfərdə “Bakı” ilə üz-üzə gələn U-15 komandamız 0:2 hesabı ilə məğlub olub.