29/02/2012

5 futbolçumuz İslandiya ilə oyunda iştirak edib


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində «Dalğa Arena»da Azərbaycan – İslandiya oyunu keçirilib. Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolun müəllifi Əli Gökdemir olub.

Bu görüşdə “Sumqayıt” Futbol Klubunun 5 futbolçusu iştirak edib. Tərlan Quliyev, Eşqin Quliyev və Orxan Həsənov oyuna start onbirliyində başlayıb. Abdulla Abasyevlə Emin Mustafayev isə ikinci hissədə meydana daxil olub.

Qeyd edək ki, “Sumqayıt” Futbol Klubunun rəsmi fanklubu Azərbaycan – İslandiya oyununda millimizə dəstək olub.