29/06/2018

Elbrus Məmmədov növbəti mövsümdə də əvəzediciləri çalışdıracaq


2018/2019 mövsümündə “Sumqayıt” FK-nın əvəzedici heyətini çalışdıracaq məşqçinin adına aydınlıq gəlib. Belə ki, Elbrus Məmmədov qarşıdakı mövsümdə də əvəzedicilərin baş məşqçisi təyin olunub. Qeyd edək ki, əvəzedicilərimiz adıçəkilən mütəxəssisin rəhbərliyi altında ötən mövsümdə 10 qələbə, 7 heç-heçə, 11 məğlubiyyət əldə edərək 37 xal toplayıb və mövsümü 6-cı pillədə başa vurub.