29/06/2018

"Yay Futbol Düşərgəsi" layihəsində 3-cü, sonuncu mərhələ start götürüb


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB-nin dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsində 3-cü, sonuncu mərhələyə də start verilib. Bu mərhələdə 34 məktəbli iştirak edir.
Ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatıldığı "Yay Futbol Düşərgəsi" layihəsi 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 400-dən çox məktəbli bu seminarın iştirakçısı olub.