26/06/2018

“Sumqayıt” FK Aleksey İsayevlə müqavilə imzalayıb


2018/2019 mövsümü üçün tranfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu daha bir futbolçunu heyətinə cəlb edib. Belə ki, son mövsümü Krasnoyarsk “Yenisey”ində oynamış “Zenit”in futbolçusu Aleksey İsayev komandamızla 2 illik müqaviləyə imza atıb. İsayev “Sumqayıt” FK-da 23 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, “Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı isə “Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. Son mövsümü isə icarə əsasında yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 26 qarşılaşmada 3 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlib.