25/06/2018

Samir Ələkbərov "Sumqayıt" FK-nın köməkçi məşqçisi təyin olunub


2018/2019 mövsümündə əsas komandaya rəhbərlik edəcək Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib. Samir Ələkbərov “Sumqayıt” FK-da baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 2004-2005-ci illərdə "Neftçi", 2006-2008-ci illər ərzində isə “Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş Samir Ələkbərovun sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət milli komandamız olub.