20/06/2018

Cəlal Cəbrayılov və Cavidan Abbaszadə 17 yaşlılardan ibarət milliyə dəvət alıb


20 iyun – 11 iyul tarixləri arasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakı şəhərində təlim-məşq toplanışı keçiriləcək. “Sumqayıt” FK-nın 2 futbolçusu – Cəlal Cəbrayılov və Cavidan Abbaszadə milli komandanın toplanışına dəvət alıb. Qeyd edək ki, millimiz 7 və 10 iyul tarixlərində İranlı həmyaşıdları ilə yoxlama oyunları keçirəcək.