12/06/2018

Şəhriyar Əliyev karyerasını "Sumqayıt" FK-da davam etdirəcək


"Sumqayıt" Futbol Klubu 2018/2019 mövsümü üçün növbəti transferini həyata keçirib. Komandamız son olaraq, “Kəpəz”də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb. 25 yaşlı müdafiəçi komandamızla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Şəhriyar klub olaraq “Bakı”, “Qarabağ” və "Kəpəz"də çıxış edib. Əliyev Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.