11/06/2018

Elvin Məmmədov "Sumqayıt" FK ilə müqavilə imzalayıb


Əfran İsmayılovun ardından komandamız daha bir futbolçu ilə müqavilə bağlayıb. Belə ki, ötən mövsümü “Qəbələ”də keçirən Elvin Məmmədov qarşıdakı mövsümdə “Sumqayıt” FK-nın şərəfini qoruyacaq.

Nəzərinizə çatdıraq ki, Elvin Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.