07/06/2018

Nazim Süleymanov “Sumqayıt” FK-nın baş məşqçisi təyin olunub


“Sumqayıt” Futbol Klubunda Prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb. Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı 2 mövsümdə “Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək. Nəzərinizə çatdıraq ki, köməkçi məşqçilər haqqında məlumat yaxın günlərdə klubumuzun rəsmi internet səhifəsində açıqlanacaq.