04/06/2018

Rail Məlikov daha 1 il "Sumqayıt" FK-da çıxış edəcək


"Sumqayıt" Futbol Klubu daha bir müdafiəçisi ilə müqavilənin müddətini uzadıb. Belə ki, Rail Məlikov 2018/2019 mövsümündə də komandamızın şərəfini qoruyacaq. Qeyd edək ki, 32 yaşlı müdafiəçimiz arxada qalan mövsümdə "Sumqayıt" FK-nın heyətində 22 qarşılaşmada 1784 dəqiqə meydanda olub.