31/05/2018

Bəxtiyar Həsənalızadə daha 1 il "Sumqayıt" FK-da


Vurğun Hüseynov və Cavid Tağıyevin ardından "Sumqayıt" Futbol Klubu Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb. 25 yaşlı futbolçumuz daha 1 il komandamızın şərəfini qoruyacaq.
Qeyd edək ki, Bəxtiyar 2017/2018 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb (2430 dəqiqə) və 2 qol vurub. 2011-ci ildən "Sumqayıt" FK-da çıxış edən adıçəkilən müdafiəçimiz klubumuzun heyətində ümumilikdə 144 dəfə meydana çıxıb.