31/05/2018

"Sumqayıt" FK-nın qızlardan ibarət komandası "Yüksək Liqa"nın qalibi olub


Qadınlardan ibarət komandalar arasında keçirilən futbol üzrə "Yüksək Liqa"da 2017/2018 mövsümünə yekun vurulub. "Sumqayıt" FK-nın qızlar komandası son turda "Təhsil"lə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız Gültac Məmmədəliyeva və Arzu Əliyevanın qolları ilə 2:1 hesablı qələbə qazanaraq "Yüksək Liqa"nın qalibi olub. Qarşılaşmanın ardından qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və klubumuzun prezidenti Riad Rəfiyev də iştirak edib.