30/05/2018

Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev 21 yaşlılardan ibarət milliyə dəvət alıb


İyunun 4-də Astanada Qazaxıstanın, iyunun 8-də isə Dalğa Arenada Macarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. "Sumqayıt" FK-nın 2 futbolçusu - Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev millinin toplanışına dəvət alıb. Qeyd edək ki, yığmanın toplanışı mayın 30-dan iyunun 9-dək keçiriləcək.