29/05/2018

"Futbol və Sağlam Həyat" adlı layihə 25 saylı orta məktəbdə keçirilib


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Layihə bu dəfə Sumqayıtın 25 saylı orta məktəbində keçirilib. Tədbirdə həmin təhsil ocağı ilə yanaşı İstedad Liseyi, 3, 5, 13 və 34 saylı orta məktəbin şagirdləri iştirak edib.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın alademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın məşçiləri Elşad Eyvazov və Ağamusa Bağırov iştirak edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.