28/05/2018

"Sumqayıt" FK-nın U-10 komandası Respublika Gününə həsr olunmuş turnirin qalibi olub


Sumqayıt şəhər Uşaq və Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə 2007-2008 təvəllüdlü futbolçular arasında 28 May – Respublika Gününə həsr olunmuş turnir keçirilib. Olimpiya sistemi ilə keçirilən turnirin 1/4 final mərhələsində “Sumqayıt” FK-nın U-10 komandası “İOEUGİM”-i Emil Həsənov (2) və Vəli Abbasovun qolları ilə 3:1 hesablı məğlubiyyətə uğradıb. 1/2 finalda “Təhsil”-i 2:1 məğlub edən Elşad Eyvazovun yetirmələri finala vəsiqə qazanıb. Finalda “UGİM” ilə qarşılaşan komandamız rəqibini 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi adına yiyələnib.

1/4 final
“Sumqayıt” – “İOEUGİM” 3:1
Qollar:
Emil Həsənov (2), Vəli Abbasov.

1/2 final
“Sumqayıt” – “Təhsil” 2:1
Qollar:
Tunar Kərimli, Emil Həsənov.

Final
“UGİM” – “Sumqayıt” 2:3
Qollar:
Vəli Abbasov (2), Emil Həsənov.