25/05/2018

"Sumqayıt" FK-nın futbolçusu İbrahim Novruzov U-17 Liqasının bombardiri olub


Bu gün AFFA-nın inzibati binasında Bakcell U-17 Liqasının ən yaxşı oyunçusu və ən sərrast futbolçusunun mükafatlandırma mərasimi keçirilib. 33 qolla çempionatın bombardiri olan futbolçumuz İbrahim Novruzov mükafatına qovuşub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.