25/05/2018

"Futbol və Sağlam Həyat" adlı layihə 11 və 19 saylı orta məktəblərdə keçirilib


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

Layihə bu dəfə Sumqayıtın 11 və 19 saylı orta məktəblərində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı 1, TETG, 9, 10, 12, 6, 32, 40, 42 və 43 saylı orta məktəblərin şagirdləri də iştirak edib.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın akademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın məşqçiləri Azad Mütəllimov və Ağamusa Bağırov və akademiyamızın futbolçuları iştirak edib.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.